Nazir müavini Doha Forumunda iştirak etdi

Nazir müavini Doha Forumunda iştirak etdi
09.12.2025 10:44

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərdə səfərdə olub.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Qətər dövlətinin dəstəyi ilə keçirilən 23-cü Beynəlxalq Doha Forumunda iştirak edib və iqlim diplomatiyasına həsr olunmuş panel sessiyada çıxış edib.

F.Rzayev Azərbaycanın yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29-da sədrliyi zamanı gördüyü işlər və nailiyyətlərdən bəhs edib.

O, eyni zamanda, cari ilin noyabr ayında Braziliyada keçirilmiş COP30 tədbirinə Azərbaycanın verdiyi töhfələr və COP "troyka" beynəlxalq iqlim diplomatiyası çərçivəsində davam edən fəaliyyəti barədə danışıb.

F.Rzayev həmçinin səfər çərçivəsində Qətərin Lusail universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eyni zamanda Beynəlxalq siyasi araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşlər keçirib.

Görüşlər zamanı nazir müavini Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə, eyni zamanda, ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də Azərbaycan və Qətər arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlıq barədə danışıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər