Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşdü

Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşdü
16.07.2026 17:23

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Spiker Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.

Söhbət zamanı 2023-cü ildə Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafında mühüm addım olduğu vurğulanıb.

Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan Sahibə Qafarova qeyd edib ki, Azərbaycan parlamenti Fələstin Milli Şurası ilə həm ikitərəfli formatda, həm də Parlamentlərarası İttifaq, İƏT Parlament İttifaqı (PUIC), Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Fələstin məsələsini daim diqqət mərkəzində saxlayır və bu məsələyə xüsusi həssaslıqla yanaşır.

Görüşdə Azərbaycanda fələstinli tələbələrin təhsil almasından məmnunluq ifadə edilərək, "Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı" proqramının onlara yaratdığı əlverişli imkanlar yüksək qiymətləndirilib.

Məhəmməd Mustafa Azərbaycan dövlətinə, xalqına və parlamentinə Fələstin məsələsində göstərilən ardıcıl siyasi, diplomatik, humanitar dəstəyə görə təşəkkür edib. Azərbaycan Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edən qonaq, ölkə rəhbərliyinin davamlı dəstəyinin Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Baş nazir, həmçinin Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirərək, ölkəsinin "iki dövlət" prinsipi əsasında ədalətli və davamlı sülhə sadiq olduğunu bildirib.

Məhəmməd Mustafa iki ölkə arasında kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Bu çərçivədə o, Azərbaycanın dəstəyi ilə Fələstində məktəb tikintisini və digər birgə layihələri xüsusi qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Bütün Xəbərlər