Milli Məclis və Şimali Makedoniya Assambleyasının sədrləri görüşdü

Milli Məclis və Şimali Makedoniya Assambleyasının sədrləri görüşdü
17.06.2025 19:02

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından məmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Qonağın səfərinin əhəmiyyətini vurğulayan parlamentin spikeri, bu səfərin parlament sədrləri səviyyəsində ilk belə səfər olduğunu, onun iki ölkə və qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, Şimali Makedoniya Assambleyasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyasında iştirakı bu əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycan və Şimali Makedoniya arasında siyasi, iqtisadi, mədəni-humanitar, təhsil və elm sahələrini əhatə edən ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin müstəsna rolu vurğulanıb, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın bu ilin mart ayında ölkəmizə rəsmi səfərinin və keçirilən səmərəli müzakirələrin əhəmiyyəti qeyd olunub. Ali qonaqla görüşünü məmnuniyyətlə xatırlayan Spiker Sahibə Qafarova, həmin səfərin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə söz açılaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin vacibliyi, həmçinin parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi ölkəmizə ilk rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirərək, Bakıya valeh olduğunu, son illər Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər və yüksək inkişaf dinamikasının Azərbaycan xalqının böyük əzm və səylə çətinliklərin öhdəsindən gəldiyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O, Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha da genişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanın yerləşdiyi regionda mühüm geosiyasi əhəmiyyətə malik olan ölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Afrim Qaşi əlavə edib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında da təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin və görüşlərin sayının daha da artmasına təkan verəcək ki, bu da öz növbəsində oxşar tarixə və dəyərlərə malik xalqlarımızın yaxınlaşmasına və ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq. Eyni zamanda qeyd olunub ki, ikitərəfli münasibətlərin dərinləşməsi yalnız ölkələrimiz arasında əlaqələrin güclənməsinə deyil, eyni zamanda regional sülhün, sabitliyin və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə də töhfə verəcək.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən söz açaraq, ölkəmizin Ermənistanın 30 il davam edən işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb.

O bildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, habelə ikili standartlarla üz-üzə qalıb, lakin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını özü təmin edərək işğala son qoyub. Görüşdə həmçinin postmünaqişə dövründə regionda yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib. Spiker vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır və bu sülhün əldə olunması regionda davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər