Məcnun Məmmədov Azərbaycan-Latviya biznes forumunda çıxış etdi

Məcnun Məmmədov Azərbaycan-Latviya biznes forumunda çıxış etdi
22.04.2026 23:20

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxış edib.

TodayPress TV xəbər verir ki, nazir aprelin 15-də Şuşa şəhərində Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirildiyini xatırladıb, bu iclasda ticarət, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil və digər sahələrdə gələcək əməkdaşlıq üçün prioritet istiqamətlərin müəyyən edildiyini vurğulayıb. Nazir Məcnun Məmmədov qeyd edib ki, hər iki ölkədə əlverişli biznes mühiti və investisiya imkanları əlaqələrin genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir əlavə edib ki, mütəmadi biznes forumların təşkili, rəqabətədavamlı ixrac məhsulları haqqında məlumat mübadiləsinin gücləndirilməsi və beynəlxalq sərgilərdə fəal iştirak hər iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsində əsas rol oynayacaq.

Nazir aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi və məhsul ixracı sahələrində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb, bu sektorda tərəfdaşlığın hər iki ölkə üçün qarşılıqlı fayda verəcəyini bildirib.

Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze öz növbəsində iki ölkə arasında münasibətlərin əhəmiyyətinə toxunub. O, biznes-forumların işgüzar dairələr arasında əlaqələrin qurulması baxımından mühüm platforma olduğunu, bu cür tədbirlərin yeni investisiya imkanlarının yaradılmasına şərait yaratdığını, ticarət dövriyyəsinin genişlənməsinə və davamlı iqtisadi əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

Azərbaycan–Latviya biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviya Ticarət və Sənaye Palatası (LCCI) arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə Azərbaycan və Latviyanın investisiya imkanlarına həsr olunmuş təqdimatlar keçirilib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlardan bəhs olunub.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər