Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
20.05.2025 17:46

19–23 may tarixlərində Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir. 

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə səfərdə olan bir sıra xarici nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. 

Cibuti Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumu olan Dövlət Baş Müfəttişliyinin  nümayəndəsi, həmçinin Küveyt Dövlətinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin (Nazaha) Vitse-Prezidenti Navaf AlMahamelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. 

Görüşlər zamanı ölkə rəhbərlərinin siyasi iradəsi sayəsində formalaşan qarşılıqlı münasibətlərin inkişafı, xüsusilə BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyi, münasibətlərin mövcud səviyyəsinin hüquqi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd olunub. 

Bununla yanaşı, Baş prokurorun müavini Malayziyanın Maliyyə Cinayətlərinə qarşı Mübarizə Mərkəzi və Malayziya Antikorrupsiya Komissiyasının (MACC) rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə Komissiyanın baş qərargahında 2016-cı ildə imzalanmış “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Malayziyanın Antikorrupsiya Komissiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” xatırlanıb. 

Tərəflər həmin memorandumun qurumlar arasında antikorrupsiya sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, təcrübə və informasiya mübadiləsinin aparılması, eləcə də peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.  Beynəlxalq tədbir öz işini davam etdirir.

FOTOLAR

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir — 1
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər