Kamran Əliyev BMT nümayəndəsi ilə görüşdü

Kamran Əliyev BMT nümayəndəsi ilə görüşdü
20.05.2025 15:39

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir.

Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir. 

TodayPress TV xəbər verir ki, bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə 19–23 may tarixlərində Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü baş tutur. 

Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub. 

Bu gün, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou ilə görüşüb.   

Görüşdə, ölkələr arasında əməkdaşlığın inkişafı və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub. 

Baş prokuror Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvü olduğunu qeyd edib.

O, həmçinin, ulu öndər Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan ilə BMT arasında möhkəm tərəfdaşlığın əsası qoyulduğunu vurğulayıb. 

Kamran Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib. O, Azərbaycanın bu sahədəki müsbət təcrübəsini və BMT ilə əməkdaşlıqda əldə edilən uğurları diqqətə çatdırıb. 

Bundan əlavə, Baş Prokuror Kamran Əliyev, 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, ölkəmizin beynəlxalq müstəvidə mədəniyyətlərarası dialoq və iqlim dəyişikliklərinə dair fəal iştirakını və sadiqliyini nümayiş etdirdiyini qeyd edib. 

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou, Azərbaycan ilə qurduqları əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki töhfələrini yüksək qiymətləndirib.  Nümayəndə heyətinin Azərbaycandakı işgüzar səfəri davam edir.

FOTOLAR

Kamran Əliyev BMT nümayəndəsi ilə görüşdü — 1
Kamran Əliyev BMT nümayəndəsi ilə görüşdü — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər