İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət etdi

İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət etdi
21.05.2025 20:20

Ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Mannino və onun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Hərb Oyunları Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində olublar.

Müdafiə Nazirliyindən TodayPress TV-ə verilən xəbərə görə, əvvəlcə MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində uğurla inkişaf edən əlaqələrin qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb.

General-polkovnik S.Mannino da öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Keçirilən görüşlərin hər iki ordunun hərbi təhsil sahəsi üçün səmərəli olacağını bildirən qonaq, bu istiqamətdə görülən işlərin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olduğunu xüsusi qeyd edib.

Daha sonra italiyalı nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, elektron üsulla xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

General-polkovnik S.Mannino xatirə kitabına ürək sözlərini yazıb.

Görüş başa çatdıqdan sonra İtaliya nümayəndə heyəti Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzdə icra olunan fəaliyyətlərlə bağlı zəruri məlumatlar verilib.

Qonaqlar səfər çərçivəsində MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar.

Ziyarət əsnasında qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərimiz üçün salınmış memorial kompleksin önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar xüsusi təyinatlı təhsil müəssisələrində yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.

İtaliyalı nümayəndə heyəti Hərbi Liseydə və İnstitutda təhsil alan kursantlar üçün yaradılmış şəraitlə tanış olub, onların fikirlərini öyrənib, təklif və tövsiyələrini verib. Qonaqlar üçün hərbi orkestr tərəfindən italyan musiqi kompozisiyaları səsləndirilib, italiyalı nümayəndə heyətinə kursantların nümunəvi çıxışlarını izləyib.

Daha sonra brifinq zalında keçirilən görüş zamanı tərəfləri maraqlandıran mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

İtaliya nümayəndə heyəti səfər çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət edib.

Qonaqları salamlayan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığın taliya Respublikasının xüsusi yeri olduğunu qeyd edib.

Daha sonra qonaqlara hərbi hissənin tarixi, keçdiyi döyüş yolu və qarşıda duran məqsədləri ilə bağlı brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ziyarət zamanı qonaqlara hərbi hissənin silahlanmasında olan bəzi hərbi vasitələr əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin təlim meydanında dəniz xüsusi təyinatlılarının iştirakı ilə nümayiş olunan nümunəvi çıxışları izləyiblər.

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər