İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2

İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2
10.02.2026 22:06

Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz elə indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi biz daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik.

Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.

Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Bir daha xoş gəlmisiniz.

Vitse-prezident Cey. Di. Vens dedi: Çox gözəl. Prezident Əliyev, bizi qəbul etdiyinizə görə Sizə və Sizin komandanıza təşəkkür edirəm. Burada ABŞ Hökumətinin ən parlaq nümayəndələrindən bəziləri əyləşib. Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram.

Bilirəm ki, o, aranızdakı tərəfdaşlığa və dostluğa, rəhbər heyətlər və administrasiyalarımız arasında münasibətlərə görə çox minnətdardır. Burada olmaq çox xoşdur. Düşünürəm ki, bizim çox maraqlı söhbətlərimiz olacaq. Əlbəttə ki, biz Strateji Tərəfdaşlıq Xartiyasını imzalayacağıq və mən bunu səbirsizliklə gözləyirəm.

Bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

ABŞ-ın Vitse-prezidenti sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu.

Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı.

Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb.

***

19:06

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb

***

18:44

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb.

FOTOLAR

İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2 — 1
İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2 — 2
İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2 — 3
İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2 — 4
İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başa çatdı- Yeniləndi2 — 5
XƏBƏR LENTİ
31 IYUL 2026
Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 Bütün Xəbərlər