Hikmət Hacıyev: Qarabağdan erməniləri biz çıxarmamışıq, bu onların öz qərarı olub

Hikmət Hacıyev: Qarabağdan erməniləri biz çıxarmamışıq, bu onların öz qərarı olub
26.07.2025 14:31

“Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 min nəfərdən çox azərbaycanlı yaşayır, təhsil alır və əmək fəaliyyəti ilə məşğul olur. Biz hər zaman öz evlərimizə qayıtmağı arzulamışıq. Yanaşmamız layiqli və təhlükəsiz qayıdışın təmin olunmasından ibarətdir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.

Qarabağda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işlərindən bəhs edən Hikmət Hacıyev söyləyib ki, bu region hazırda böyük bir tikinti meydançasını xatırladır:

“Azərbaycan xalqı tarixən öz ölkəsinə bağlı olan bir xalqdır. Biz hər zaman evlərimizə qayıtmağı arzulamışıq. Yanaşmamız layiqli və təhlükəsiz qayıdışın təmin olunmasından ibarətdir. Gördüyünüz kimi, Qarabağ regionu böyük bir tikinti meydançasıdır. Qarabağ və Şərqi Zəngəzurda 50 min nəfərdən çox azərbaycanlı yaşayır, təhsil alır və əmək fəaliyyəti ilə məşğul olur”.

Hikmət Hacıyev jurnalistin vaxtilə Qarabağda yaşamış erməni sakinlərin yenidən bu bölgəyə qayıdış imkanları ilə bağlı sualı da cavablandırıb.

Prezident köməkçisi xüsusilə vurğulayıb ki, Azərbaycan ərazisini tərk etmək onların öz qərarı olub:

“Birincisi, Qarabağdan erməniləri biz çıxarmamışıq. Getmək qərarı onların özü tərəfindən verilib. İkincisi, Azərbaycan kifayət qədər kompleks bir reinteqrasiya planı hazırlayıb, lakin ermənilər bu plandan imtina edib. Bu plan nə deməkdir? Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan vətəndaşları ilə loyal şəraitdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində yaşamaq. Bu, istənilən bir dövlət üçün tamamilə normaldır. Azərbaycan öz ərazilərinin ziqzaqvari formada dəyişdirilməsi ilə heç vaxt barışa bilməz. Bu məsələ qapadılıb. Azərbaycan vətəndaşı qismində yaşamaq istəyənlər üçün isə müvafiq prosedurlar mövcuddur”.

Prezident köməkçisi Qarabağ ermənilərinin bu ərazini tərk etməsinin “etnik təmizləmə” kimi qələmə verilməsi ilə razılaşmadığını diqqətə çatdırıb:

“Qarabağ ermənilərinin bu ərazini könüllü şəkildə tərk etməsini etnik təmizləmə adlandırmaq olmaz. Lakin əgər biz qayıdış hüququndan danışırıqsa, o zaman onilliklər boyunca Ermənistan ərazisində yaşayan və oradan zorla çıxarılan azərbaycanlılardan da bəhs etməliyik. Qayıdış hüququ II Dünya müharibəsindən sonra məsələn, elə Almaniyanın özündə geniş şəkildə müzakirə olunan mövzudur. Bu, insan hüquqlarından biridir və Ermənistandan qovulan 250 min nəfər azərbaycanlıya münasibətdə də tətbiq edilməlidir. Sözsüz ki, onların da qayıtmaq hüququ var, lakin İrəvan bu barədə danışmaqdan imtina edir”.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər