Hikmət Hacıyev: Bakı Tehranla ticarət əlaqələrinin inkişafına ümid edir

Hikmət Hacıyev: Bakı Tehranla ticarət əlaqələrinin inkişafına ümid edir
01.12.2025 13:06

Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyib.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today"ə və bir qrup jurnalistə verdiyi eksklüziv müsahibəsində bildirib.

"Biz İranı qonşumuz, tərəfdaşımız kimi görür, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etməsini (səbirsizliklə) gözləyirik", - "EU Today" H.Hacıyevin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, Azərbaycan və İran hazırda Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi layihəsini həyata keçirir. Körpü 2025-ci ilin sonuna, sərhəd və gömrük infrastrukturu isə 2026-cı ilin əvvəlinə qədər hazır olmalıdır.

H.Hacıyev həmçinin vurğulayıb ki, bu gün Bakı və Tehran arasındakı münasibətlər "sabitdir", iki ölkənin liderləri arasında yaxşı əlaqələr qurulub, İranın paytaxtındakı Azərbaycan səfirliyinə silahlı hücumun diplomatik nəticələri tam şəkildə həll olunub.

"Azərbaycan bu səhifəni tam çevirib", - Prezidentin köməkçisi qeyd edib və əlavə edib ki, Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs (red. - 27 yanvar 2023-cü il) İran qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər