GUAM-ın Baş katibi İlham Əliyevə məktub ünvanladı

GUAM-ın Baş katibi İlham Əliyevə məktub ünvanladı
11.08.2025 20:30

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bütün regionda ədalətli və davamlı sülhə nail olmağa imkan yaradan razılaşmanın əldə edilməsi ilə bağlı tarixi nailiyyət münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından Sizə və Sizin simanızda Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

İki ölkə arasında sülh sazişinin ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə Vaşinqtonda, Ağ Evdə paraflanması Sizin rəhbərliyinizlə Azərbaycan diplomatiyasının əldə etdiyi mühüm uğurdur. Şübhəsiz ki, bu hadisə regiondakı proseslərə yeni dinamika gətirərək geosiyasi tarazlığı yenidən formalaşdıracaq, eləcə də beynəlxalq sülhə və əməkdaşlığa təkan verəcək və onları möhkəmləndirəcək.

Sülhə nail olmaq yolunda bu mühüm uğur yalnız Azərbaycan Respublikasının şanlı Qələbəsindən və işğal olunmuş torpaqlarının azad edilməsindən, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra mümkün olub.

Biz, həmçinin bildiririk ki, bu, müdrik Lider və görkəmli dövlət xadimi kimi Sizin şəxsi qələbənizdir. Təlatümlü və çətin beynəlxalq şəraitdə sülh naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Biz Sizin prinsipial mövqeyinizi, qətiyyətinizi və GUAM-ın üzvü olan dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumaq uğrunda apardıqları mübarizədə dəstəkləməkdə yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Həmişə olduğu kimi, biz regional təşkilat olaraq Qara dəniz və Xəzər dənizi regionlarında sülh, sabitlik, əməkdaşlıq və firavanlıq istiqamətində siyasətinizi dəstəkləməyə hazırıq.

Zati-aliləri, bu əlamətdar hadisə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edir, sülh gündəliyinizi bundan sonra da həyata keçirməkdə Sizə uğurlar arzulayırıq. Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirik".

XƏBƏR LENTİ
16 IYUN 2026
Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Bütün Xəbərlər