Fəxrəddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

Fəxrəddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi
30.05.2025 11:19

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Mətbuatının 150-ci ildönümü münasibətilə videomüraciət yayımlayıb. 

TodayPress TV xəbər verir ki, müraciətində bu tarix münasibətilə təbriklərini çatdıran Fəxrəddin Altun mətbuatı cəmiyyətə doğru, obyektiv və vaxtlı-vaxtında informasiya çatdıran və demokratiyanın ayrılmaz ünsürlərindən biri kimi dəyərləndirib. 

150 illik tarixi keçmişə malik Azərbaycan mətbuatını xəbər çatdırmaqla yanaş, həm də xalqın səsi, mədəni irsin daşıyıcısı, söz azadlığının müdafiəçisi və xalqın gur səsi kimi dəyərləndirən idarə rəisi gerçəklərin ictimaiyyətə çatdırılmasını özünün vəzifəsi hesab edən, ədalətli mətbuat mədəniyyətinin davam etdirilməsinə töhfə verən, təsir etmə və xəbərçilik prinsiplərinə sadiq bütün media nümayəndələrini təbrik edib: 

“Dezinformasiyanın yüksək həddə çatdığı bir zamanda doğru məlumatların ictimaiyyətə çatdırılmasının məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda mübarizəyə verdiyi töhfələrdən məmnunluq duyuram.

Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlayan Azərbaycan mətbuatının yolu böyük bir uğurla davam etməkdədir. Xüsusilə də İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də sistematik dezinformasiya cəhdlərinin iflasa uğradılmasında göstərdiyi gerçək bir uğur səbəbi ilə Azərbaycan mətbuatına təşəkkür edirəm.

Haqlı mübarizənizi hayqırtı ilə müdafiə etməklə bərabər, həqiqətin də sözçülüyünü həyata keçirmisiniz.

Türkiyə olaraq biz də bu müddətdə sizin həqiqət uğrunda mübarizənisə əlimizdən gəldiyi qədər böyük bir şövqlə çiyin verməyə çalışmışıq.

Beynəlxalq ictimaiyyətin yalan və təxəyyül məhsulu olan məzmun və dezinformasiya ilə zəhərlənməsinə mane olmuşuq.

Beləcə Türkiyə və Azərbaycanın hər sahədə olduğu kimi, mətbuat və kommunikasiya sahəsində də mövcud bərabərliyinin formalaşdırdığı gücü bir daha sərgilədik.

Bildirmək istərdim ki, biz ölkələrimiz arasında rabitə və media sahəsində qurduğumuz əməkdaşlığın möhkəm tarixi bağlar, ortaq dəyərlər çərçivəsində əksini görürük və bundan çox məmnunuq”. 

Fəxrəddin Altun Bakı və İstanbul arasında 150 il əvvəl media sahəsində başlayan əlaqələrin 2020-ci il, dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Türkiyə və Azərbaycan Arasında Media sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə daha da möhkəmləndiyini diqqətə çatdırıb. 

O bildirib ki, Türkiyə - Azərbaycan Media Platforması mətbuat və kommunikasiya sahəsində həm Azərbaycanla əməkdaşlığı, həm də Türk dünyası ilə əlaqələrin inkişaf mərhələsində çox önəmlidir. 

Fəxrəddin Altun sonda hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq əlaqələri çərçivəsində sərgilənən güclü iradə və əməkdaşlıq formatının ortaq gələcək hədəfinə çatmağa dəstək olduğunu söyləyib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər