“Ev kirayəsi, məktəb pulu, uşaqların sağlığı...” — Afrikadan Bakıya uzanan haray!

“Ev kirayəsi, məktəb pulu, uşaqların sağlığı...” — Afrikadan Bakıya uzanan haray!
17.05.2026 17:38

“Afrikada hökumətlərin şəhərlərin sistematik planlaşdırılması proqramı yoxdur və bələdiyyələr özləri şəhərlərin necə tikilməsinə nəzarət etmək üçün plan hazırlamırlar. Belə olduqda, təbii ki, qeyri-davamlı və iqlim dəyişikliyinə, iqlim fəlakətlərinə qarşı həssas olan şəhərlərin ortaya çıxması qaçılmaz olur”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Qambiyanın torpaq, regional hökumətlər və dini işlər naziri Hamat Nk Bah deyib.

Qambiya rəsmisi çıxışında mənzil təminatının xüsusilə həssas qruplar üçün yaratdığı çətinliklərə diqqət çəkib:

“Bu gün mənzil təminatının, xüsusən də ucuz mənzil təminatının təkcə bir hüquq deyil, həm də bir zərurət olduğunu anlamağımız olduqca vacibdir. Bu gün biz Afrikada, xüsusən də Afrikanın şəhər mühitində görürük ki, boşanmalar tək valideynləri övladlarını yaşamaq üçün layiqli bir evdə böyütmək çətinliyi ilə üz-üzə qoyur. Ümumiyyətlə, böyüyən orta təbəqədə tək valideynlərimiz uşaqlarını oxutmağa çalışarkən, onları və ailələrini mənzillə təmin etməkdə həddindən artıq çətinlik çəkirlər. Onlar ev kirayəsini ödəmək, məktəb pullarını vermək və uşaqların sağlamlığını idarə etmək üçün təkbaşına buraxılırlar. Ona görə də hökumətlərin bu cür ucuz mənzillər yaratması artıq bir zərurətə çevrilir”.

Ucuz mənzil layihələrinin borclanmadan, dövlətin daxili vergi və rüsum yığımları ilə maliyyələşdirilməsinin mümkünlüyünü vurğulayan nazir, bu sahədə Keniya proqramının uğurlu nümunəsinə toxunub:

“Hökumət borc almadan bunu maliyyələşdirmək imkanlarını araşdırmalıdır. Keniya proqramı olduqca maraqlı görünür. Dövlət bu vəsaiti vergi, xüsusi rüsum vasitəsilə toplayır ki, bu da ən uğurlu mənzil layihəsini inkişaf etdirməyə imkan verib. Hər hansı bir uğurlu mənzil proqramında ən yüksək rəhbərlik, yəni dövlət başçısı liderliyi öz üzərinə götürməli və layihəni icra etmək üçün qətiyyətli iradə nümayiş etdirməlidir. Şəhərlər yaxşı planlaşdırıldıqda, yaxşı idarə olunduqda, yaxşı təşkil edildikdə insan davranışı da təbiətə və ətraf mühitə doğru dəyişməlidir”.

Şəhərlərin gələcək inkişafı üçün idarəetmə orqanlarının birgə çalışmalı olduğunu qeyd edən Hamat Nk Bah bəyanatını bu sözlərlə tamamlayıb:

“Bu, idarə olunması, öyrənilməsi və təhlil edilməsi vacib olan problemlərin bir qovşağıdır ki, biz tənzimləmələri və hüquqi bazanı tətbiq edə bilək; bələdiyyələr, mərkəzi və regional hökumətlər birlikdə çalışaraq irəliyə doğru addımlaya bilsinlər. Əgər düzgün bir mənzil siyasəti olmasa, irəliləmək mümkün deyil”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər