Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2
04.02.2026 12:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

TodayPress TV xəbər verir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar.

Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

TodayPress TV

***

10:35

Əbu-Dabidə fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilib.

***

09:15

Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.

FOTOLAR

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 1
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 2
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 3
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 4
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 5
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 6
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 2 — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər