Ceyhun Bayramov: “Rusiya ilə dialoq saxlanılır”

Ceyhun Bayramov: “Rusiya ilə dialoq saxlanılır”
26.12.2025 15:15

“Müttəfiqlik əlaqələrinə malik olduğumuz Türkiyə ilə intensiv təmaslar davam edir. 2025-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Türkiyə Respublikasına üç səfər, Türkiyə Respublikasının Prezidenti tərəfindən isə Azərbaycana dörd səfər həyata keçirilib”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, son bir il ərzində regionda baş verən bəzi proseslər, o cümlədən müəyyən məsələlərdən sonra Rusiya ilə münasibətlərdə ümumi gərginlik müşahidə edilsə də, buna baxmayaraq ölkələr arasında dialoq və qarşılıqlı təmaslar davam etdirilib.

Ceyhun Bayramov qeyd edib ki, 9 oktyabr tarixində Duşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində iki ölkə Prezidenti arasında keçirilmiş görüş mühüm əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, Rusiya tərəfindən verilən açıqlamalar, mövcud vəziyyətlə bağlı etiraflar və məsuliyyətin qəbul edilməsi istiqamətində səslənən fikirlər münasibətlərin normallaşdırılması baxımından vacib addım olub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər