Ceyhun Bayramov: "İran–ABŞ atəşkəsinin daimi sülhə çevriləcəyinə ümid edirik"

Ceyhun Bayramov: "İran–ABŞ atəşkəsinin daimi sülhə çevriləcəyinə ümid edirik"
18.04.2026 21:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran və ABŞ arasında əldə olunan atəşkəsin davamlı sülhə çevriləcəyinə ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, nazir bu barədə "APA"-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, regionda yaranmış son gərginlik Azərbaycanı ciddi narahat edib və rəsmi Bakı ilk gündən hərbi toqquşmaların dayandırılması üçün səylər göstərib:

“Bu son vəziyyət bizi çox ciddi narahat edirdi. İlk gündən çalışırdıq ki, hərbi toqquşmalar ən qısa zamanda dayansın və siyasi, diplomatik yollar açılsın”.

Ceyhun Bayramov qeyd edib ki, bir sıra region ölkələrinin məsuliyyətli yanaşması nəticəsində bu prosesdə irəliləyiş əldə olunub və xüsusilə Türkiyə ilə Pakistanın rolu diqqətəlayiq olub:

“Qardaş Türkiyə və Pakistan İslam Respublikasının rolunu xüsusi qeyd etmək istəyirəm. Onlar danışıqlara ev sahibliyi etməyə nail oldular və bu da atəşkəsə yol açdı. Biz çox ümidliyik ki, atəşkəs daimi sülhə çevriləcək”.

Nazir eyni zamanda İran rəsmilərinin Azərbaycana təşəkkür etməsini iki ölkə arasında həmrəylik nümunəsi kimi qiymətləndirib.

O bildirib ki, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadənin təşəkkürü Azərbaycanla İran arasında dostluq münasibətlərinin göstəricisidir.

“Hadisə baş verdiyi ilk saatlarda Azərbaycan Prezidenti dünya liderləri arasında ilk olaraq rəsmi başsağlığı mesajı göndərdi. Dövlət başçısı şəxsən İranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verdi”, – deyə nazir vurğulayıb.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan ilk gündən İrana humanitar yardım təklif edib və bunu tam təbii hesab edir:

“Qonşu və dost ölkədə hər hansı problem olduğu zaman bu yanaşma bizim tariximizə, ənənələrimizə və xarici siyasətimizə uyğundur”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər