Ceyhun Bayramov: "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"

Ceyhun Bayramov: "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"
07.11.2025 23:15

Xarici işlər naziri Ceyhun Bayramov 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatın hazırlanması prosesinə dair bir neçə detalı açıqlayıb.

TodayPress TV xəbər verir ki, Ceyhun Bayramov "İTV"yə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti danışıqlar nəticəsində israrla üç rayondan – Laçın, Kəlbəcər və Ağdamdan dəqiq çıxma tarixi, Üçtərəfli Bəyanatın müddətli olması (növbəti beş il müddətinə uzadılmama barədə qərar qəbul etdilər) və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması tələblərinin sənədə daxil edilməsinə nail oldu.

"Orada məhz "erməni" sözü işlədildi ki, sonra bizlə söz oyunu oynamasınlar. Bu əsasda biz sonradan onların Üçtərəfli Bəyanatı pozduqlarını açıq və rahat şəkildə sübut etdik", - nazir deyib.

Nazir hesab edir ki, müharibənin başa çatması zamanı Üçtərəfli Bəyanatı imzalamaq ən uyğun seçim idi:

"Çünki bu olmasa, çox fərqli ssenarilər ilə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsini bilavasitə Ermənistan ərazisindən təmin etmək olar, çünki Ermənistanla sərhəddir və biz həmin əraziləri azad edərkən mülki şəxslər də vurula bilərdi. Ermənistan KTMT üzvüdür. Biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verəcəkdik. Əgər biz sülhməramlıların yerləşdirilməsinə razı olmasaydıq, dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün Üçtərəfli Bəyanat ən doğru seçim idi".

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər