BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olundu

BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olundu
08.10.2025 05:11

Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində "Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri" adlı sessiyada çıxış edib.

TodayPress TV xəbər verir ki, səfir Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal səylərə verdiyi töhfədən, mövcud təşəbbüslərindən və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb: "Azərbaycan qlobal antiterror səylərinə fəal qoşulub və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, terrorizmə qarşı mübarizə yalnız birgə səylər nəticəsində mümkün ola bilər".

T.Musayev çıxışında 2023-cü ildə təsis olunan Bakı Təhlükəsizlik Forumu və onun iş fəaliyyəti barəsində üzv ölkələrin nümayəndələrinə məlumat verib. O, bildirib ki, forum dünyanın müxtəlif regionlarından təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələrini bir araya gətirərək, terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir: "Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Burada müxtəlif ölkələrdən nümayəndələr bir araya gələrək, terrorizmlə mübarizədə koordinasiyanı gücləndirmək üçün fikir mübadiləsi aparır".

Səfir həmçinin, Azərbaycanın uzun illər ərzində xaricdən yönəldilən terror fəaliyyəti və işğal dövründə ərazilərində baş verən qanunsuz əməliyyatlarla üz-üzə qaldığını xatırladıb: "Azərbaycan uzun müddət ərzində xarici qüvvələr tərəfindən təşkil olunan terror aktlarına və işğal altında olan ərazilərində baş verən qanunsuz silah və resurs ticarətinə məruz qalıb. Bu, beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən məsələdir".

Diplomat vurğulayıb ki, terrorçulara amnistiya və ya himayədarlıq hallarına yol verilməməli, radikallaşma və nifrət zəminində yaranan ekstremizmə qarşı təhsil və dialoq vasitəsilə mübarizə aparılmalıdır: "Terrorçulara münasibətdə cəzasızlıq halları yolverilməzdir. Biz gənclərin sülh, tolerantlıq və qarşılıqlı anlaşma ruhunda tərbiyəsini gücləndirməliyik ki, radikallaşmaya qarşı davamlı immunitet formalaşsın".

Sonda səfir qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmin bütün formalarına qarşı mübarizəni davam etdirəcək, cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq hüquqi mexanizmlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər