Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər

Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər
19.06.2025 18:09

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakıda“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilmiş Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər ediblər.

TodayPress TV xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qubada ucaldılmış abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra iştirakçılar Quba "ASAN xidmət" mərkəzinə gələrək burada vətəndaşlara göstərilən xidmət və mərkəzin fəaliyyəti ilə tanış olublar.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq ziyarət edilib, məzarlıq önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı iştirakçılara ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları, habelə Quba soyqırımı məzarlığı haqqında məlumat verilib. Kütləvi məzarlığın 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edildiyi, bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinin aparıldığı bildirilib. Qeyd olunub ki, tədqiqatlar nəticəsində kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Daha sonra iştirakçılar memorial kompleksdə xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.

Yekunda qonaqlar yerli media nümayəndələrinə verdikləri müsahibələrində vaxtilə burada törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən təəssüf hissi keçirdiklərini, şahidi olduqları faktların ölkələrində, eləcə də təmsil olunduqları beynəlxalq təşkilatlarda geniş təbliğ edəcəklərini vurğulayıblar.

FOTOLAR

Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 1
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 2
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 3
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 4
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 5
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 6
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 7
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 8
Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər etdilər — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər