Baş prokurorun müavini bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdi

Baş prokurorun müavini bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdi
21.05.2025 18:50

Cari ilin 19–23 may tarixlərində Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin 6-cı plenar iclası və idarəetmə komitəsinin onuncu görüşü keçirilir.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində keçirilən ikitərəfli görüşlərdə Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyasının Beynəlxalq əməkdaşlıq üzrə köməkçisi Çin Kit Çeunq ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və hüquqi islahatlar, eləcə də bu sahədə əldə olunan müsbət nəticələr barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Kosta-Rika Respublikasının Baş Prokurorunun müavini Xuan Karlos Miranda ,Fici Respublikası Korrupsiyaya qarşı Müstəqil Komissiyasının rəhbəri xanım Barbara Malimali və Tonqa Krallığının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının rəhbəri Kris Lahatte ilə də işgüzar görüşlər keçirib.

Görüşlər zamanı ölkəmizin korrupsiya cinayətlərinin qarşısının alınması və onların istintaqı sahələrində əldə edilmiş müsbət təcrübə barədə geniş məlumat verilib.

Tərəflər, belə görüşlərin hüquq-mühafizə orqanları və anti-korrupsiya qurumları arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnuniyyətlə qeyd edərək, bu cür platformaların korrupsiyaya qarşı mübarizədə beynəlxalq tərəfdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Beynəlxalq forum proqram üzrə fəaliyyətini davam etdirir.

FOTOLAR

Baş prokurorun müavini bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdi — 1
Baş prokurorun müavini bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdi — 2
Baş prokurorun müavini bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər