Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi
05.06.2025 16:22

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci ilin 4-5 iyun tarixlərində Monqolustanın Ulan-Bator şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 10-cu Regional Konfransında iştirak edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Mərkəzi Asiya və Avropa ölkələrinin prokuroluqlarını bir araya gətirən mötəbər tədbirin rəsmi açılış mərasimində Monqolustan Prezidenti cənab Uxnaaqiyn Xurelsux konfrans iştirakçılarını salamlamış, tədbirin işinə uğurlar arzulamış və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.

Konfrans çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı, sosial medianın müasir çağırışlar fonunda hüquqi aspektləri və kibercinayətkarlıqla mübarizə sahəsinə təsiri kimi aktual məsələlər müzakirə olunub.

Baş prokurorun müavini Heydər Məmmədov konfransda təqdimatla çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf yolunda irəlilədiyini, tərəqqi yönümlü islahatların informasiya-kommunikasiya texnologiyaları, suni intelekt və rəqəmsal media sferalarını da əhatə etdiyini vurğulamışdır.

Bu kontekstdə sosial mediadan daha səmərəli istifadə məsələlərinə də toxunan Heydər Məmmədov təhlükəsiz sosial media mühitinə xidmət edən hüquqi tənzimləmə mexanizmlərinin tətbiqi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra Heydər Məmmədov medianın və sosial şəbəkələrin cinayətlərin aşkar olunması, onların qarşısının alınmasında effektiv istifadə edilməsi,  Azərbaycanda sosial media sahəsində normativ hüquqi bazanın gücləndirilməsi və bu kontekstdə beynəlxalq tələblərə cavab verən standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. 

Həmçinin Bakıda uğurla keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının beynəlxalq hüquq əməkdaşlığına verdiyi töhfə xüsusi vurğulanmışdır.

Tədbirin gedişində Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Baş prokuroru cənab Jarqalsaikxan Banzraqınla, habelə Çin, Nepal, Avstriya, Zimbabve, Tajikistan və Qazaxıstan kimi ölkələrin prokurorluq nümayəndələri ilə görüşlər keçirərək hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdır.

FOTOLAR

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi — 1
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi — 2
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Bütün Xəbərlər