Baş prokuror xarici həmkarları ilə görüşlər keçirdi

Baş prokuror xarici həmkarları ilə görüşlər keçirdi
17.12.2025 14:40

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfəri çərçivəsində Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Nuaiminin dəvəti ilə nümayəndə heyəti Qətər Dövlətinin Baş Prokurorluğunda görüş keçirib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Qətər Dövlətinin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını qeyd edib. Azərbaycana səfərini xatırlayan ev sahibi ona göstərilmiş xüsusi diqqəti minnətdarlıqla xatırladığını bildirib.

Baş prokuror yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Bununla yanaşı, daha öncə imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər, həmçinin digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Baş prokuror həmkarını Azərbaycana səfərə dəvət edib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq təşkilatların və ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad ilə görüşdə Baş prokuror Kamran Əliyev həmkarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib, nümayəndə heyətimizə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək qurumlar arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin olmasını qeyd edib.

Cari ildə ölkəmizə səfərinin xüsusilə yaddaqalan olmasını xatırladan ev sahibi, iki ölkənin qurumları arasında təcrübə mübadiləsinin vacibliyini qeyd etmişdir. Bununla yanaşı, birgə fəaliyyətlə bağlı Azərbaycan tərəfinin təşəbbüslərinin dəstəkləndiyi ifadə edilib.

Baş prokuror Kamran Əliyevlə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru John Brandolino arasında görüşdə qurumlar arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulması və bır sıra birgə layihələrin uğurla icrası vurğulanmışdır. Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv iştirakına görə təşəkkür edən Brandolino, ölkəmizin irəli sürülmüş digər təşəbbüslərinin də BMT tərəfindən dəstəkləndiyini ifadə etmişdir.

Bundan başqa, Baş prokuror İran İslam Respublikasının Ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə ikitərəfli görüş keçirib

Görüşdə dövlət başçıları arasında formalaşmış dost münasibətlərinin ölkələrimizin bütün sahələrdə ikitərəfli əməkdaşlığını yeni mərhələyə qaldırması vurğulanıb, hüquq mühafizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, cinayət törətmiş şəxslərin və məhkumların verilməsi sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə edilib.

Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüşdə Azərbaycanın Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkür ifadə edilməklə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Tədbir müddətində, həmçinin Baş prokuror Kamran Əliyev Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın cari Baş prokuroru Aleksandru Makedon və digər nümayəndə heyətləri arasında ikitrəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

TodayPress TV

FOTOLAR

Baş prokuror xarici həmkarları ilə görüşlər keçirdi — 1
Baş prokuror xarici həmkarları ilə görüşlər keçirdi — 2
Baş prokuror xarici həmkarları ilə görüşlər keçirdi — 3
Baş prokuror xarici həmkarları ilə görüşlər keçirdi — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər