Azərbaycanın növbəti humanitar yardımı Ukrayna rəsmilərinə təhvil verildi

Azərbaycanın növbəti humanitar yardımı Ukrayna rəsmilərinə təhvil verildi
23.02.2026 15:32

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yük Kiyevin rəsmi şəxsləri tərəfindən təhvil alınıb.

TodayPress TV xəbər verir ki, enerji avadanlıqlarının təhvil verilməsində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirlərinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Bura 12 alçaq gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.

Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.

Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç bildirib ki, Azərbaycana göstərilən köməyə görə təmsil etdiyi dövlət adından səmimi minnətdarlığını bildirir:

"Göndərilən enerji avadanlıqları hazırda zərər görən səhiyyə sistemlərimizin dayanıqlığını təmin etmək üçün çox vacibdir. Göndərilən enerji avadanlıqları artıq səhiyyə müəssisələri arasında bölüşdürülüb və bu gündən etibarən müəssisələrimizin enerji təminatını gücləndirəcək".

Nazir müavini vurğulayıb ki, bu yardım kritik əhəmiyyətli avadanlıqların işini təmin etməyə və fasiləsiz tibbi yardımın göstərilməsinə çox kömək edəcək.

"Bu, Ukrayna hökumətinin xarici tərəfdaşlarla sistemli işinin tərkib hissəsidir. Bu günə kimi səhiyyə sistemində 15 mindən çox generator cəmləşib. Təcili yardım şəbəkəsinin müəssisələrinin 100%-i generatorlarla təmin edilib, bu 3500-dən çox generatordur".

İqor Kolaç humanitar yardımla əlaqədar Azərbaycan prezidentinə, hökumətinə, xalqına təşəkkür edib.

Ukrayna Energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz sosial obyektlərə və ya əsas xidmətlərin, enerji və kommunal xidmətlərin sistemli təchizatından asılı olan enerji infrastrukturu obyektlərinə zərbələr intensivləşdirilir:

"Məhz beynəlxalq yardım bizə düşmənin yaratdığı bu çağırışlara tez bərpa olmağa, cavab verməyə və müqavimət göstərməyə kömək edən sistemli alətdir. Biz görürük ki, bu gün Azərbaycan humanitar missiya olaraq enerji avadanlıqlarında da Ukraynaya dəstəyi əsirgəmir. Bu, birbaşa bu gün səhiyyə sistemi obyektlərinə gedən avadanlıqdır. Bunlar kritik, vacib obyektlərdir".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər