Azərbaycan və Tanzaniya Baş prokurorluqları arasında memorandum imzalandı

Azərbaycan və Tanzaniya Baş prokurorluqları arasında memorandum imzalandı
23.09.2025 12:26

Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktoru Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Baş Prokuror görüşdə Azərbaycan ilə Tanzaniya arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətlərini vurğulayaraq Tanzaniyanın Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla müxtəlif beynəlxalq platformalarda Azərbaycana dəstək nümayiş etdirdiyini qeyd edib.

Həmçinin, görüşdə Tanzaniyanın prokurorluq orqanlarının Azərbaycanla əlaqələri gücləndirməyə göstərdiyi səylərin yüksək qiymətləndirildiyi vurğulanıb.

Tanzaniya tərəfi çıxışında Azərbaycan Prokurorluğu ilə təmsil etdiyi qurum arasında əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tanzaniyə Birləşmiş Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusional münasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq bu sənədin prokurorluqlar arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib.

Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər