Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparıldı

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparıldı
15.10.2025 17:24

Budapeşt şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan XİN-dən məlumat verilib.

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ilə Macarıstan xarici işlər və ticarət nazirinin müavini Boqlarka İllesin rəhbərlik etdikləri nümayəndə heyətlərinin apardığı məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri müzakirə olunub.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə toxunulub. Bu çərçivədə cari il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə toplantısında aparılmış müzakirələr və qəbul edilmiş qərarların əhəmiyyəti vurğulanıb.

Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri təqdir olunub, bölgədə sülhün yaradılması, regional əməkdaşlığın inkişafı perspektivləri haqqında qarşı tərəfə məlumat verilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost dəstəyinə görə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Bütün Xəbərlər