Azərbaycan və Estoniya parlamentlərarası əlaqələri müzakirə olundu

Azərbaycan və Estoniya parlamentlərarası əlaqələri müzakirə olundu
22.10.2025 18:48

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə ölkələrii birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin spikeri, dövlətlərarası münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib. O, həmçinin, özünün üç il öncə Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Spiker Sahibə Qafarova qonağa Vaşinqton görüşü və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikirlərini çatdırıb, həmçinin, özünün Cenevrədə Ermənistan parlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumat verib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını bildirib. Qeyd olunub ki, Estoniya Azərbaycanı regionda çox vacib tərəfdaş kimi görür və Azərbaycanla münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsində maraqlıdır.

O, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqton görüşündə əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə də əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.

Söhbətdə parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğu vurğulanaraq, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti, o cümlədən, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin vacibliyi qeyd olunub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər