Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
17.07.2025 12:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verdi.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.

FOTOLAR

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 1
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 2
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 3
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 4
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 5
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 6
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 7
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 8
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 Bütün Xəbərlər