Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşdü
23.09.2025 21:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.

TodayPress TV xəbər verir ki, Yunanıstanın Baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırdı, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxundu və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd etdi. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı.

Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edildi, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunuldu.


TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər