Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu
14.10.2025 12:07

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

TodayPress TV xəbər verir ki, üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual  məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.

İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Üçtərəfli Görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldığını söyləyib. 

Ölkələrimiz arasındakı əlaqələrin -  istər Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan, istərsə də Türkiyə-Pakistan əlaqələrinin, o cümlədən qarşılıqlı dəstək, birlik və həmrəyliyin ən yüksək səviyyədə olduğunu deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir və günbəgün daha da möhkəmlənir və dərinləşir. Bu əlaqələrdə diqqət çəkən əsas məqam odur ki, ölkələrimiz arasındakı bütün məsələlər məhz dostluq və qardaşlıq prizmasından nəzərdən keçirilir.  

Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasındakı bu il sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən görüşdə səsləndirdiyi fikirləri xatırladan Sahibə Qafarova deyib ki, Azərbaycanın dövlət başçısı Pakistanı Hindistan üzərində qələbəsi münasibətilə təbrik edərkən, belə bir fikir səsləndirdi ki, “ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür”. 

O, eyni zamanda, cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərimizin – İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər halda, belə yaxın əlaqələri olan başqa üç ölkəyə çox az rast gələrik. Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.

Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasındakı əlaqələrə uyğun olaraq, parlamentlərimizin də üçtərəfli əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, bu mexanizmi daha da gücləndirmək, parlament diplomatiyasının effektiv alətlərindən birinə çevirmək yolları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. 

Parlament üzvləri arasında müzakirə olunan mövzulara toxunan Milli Məclisin sədri, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik məsələsini ölkələrimiz arasında qardaşlığın və qarşılıqlı dəstəyin ən yaxşı şəkildə nümayiş etdirən bir məsələ olduğunu qeyd edib və bu istiqamətdə müzakirələri faydalı hesab edib. 

Spiker həmçinin, iqlim dəyişiklikləri və dayanıqlılıq mövzusunun əhəmiyyətini qeyd edərək, ölkəmizin bu sahədə gördüyü işlər, o cümlədən, Azərbaycanın qardaş Türkiyədə baş vermiş zəlzələ, Pakistandakı daşqınlar zamanı öz qardaşlıq dəstəyini göstərdiyini vurğulayıb. O, digər tərəfdən, COP29 çərçivəsində Azərbaycanın qazandığı nailiyyətləri xüsusi qeyd edib. Parlament üzvlərimizin bu məsələlər haqqında müzakirələrini faydalı hesab edərək, gələcək əməkdaşlıq çərçivəsində iqlim dəyişiklikləri və təbii fəlakətlərə qarşı mübarizə məsələsinin daha çox əhatə olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan parlamentinin spikeri, həmçinin Üçüncü Üçtərəfli Görüşün yekunu olaraq, qəbul olunan İslamabad Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir. 

Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir. 

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, Görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.

TodayPress TV

FOTOLAR

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 1
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 2
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 3
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 4
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 5
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 6
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 7
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 8
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olundu — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər