Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna seçildi

Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna seçildi
15.08.2025 23:50
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məsləhətçi Qrupunun tərkibinə 12 yeni üzv təyin edib.

TodayPress TV “Report”a istinadən xəbər verir ki, yeni üzvlər arasında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev də var.

Digər təyinatlar Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika və İsveçdən olan nümayəndələrdir.

Məsləhətçi Qrup Afrika, Asiya, Avropa, Körfəz, Latın Amerikası və Karib hövzəsi, Şimali Amerika və Okeaniya regionlarını təmsil edən 23 üzvdən ibarətdir. Üzvlər yalnız bir dəfə olmaqla üçillik müddətə təyin olunurlar.

2005-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunan Məsləhətçi Qrup Humanitar Məsələlər üzrə Baş katibin müavini və Fövqəladə Yardım Koordinatoru vasitəsilə Baş katibə CERF-nin istifadəsi və təsiri ilə bağlı siyasət tövsiyələri və məsləhətlər verir.

2006-cı ildən bəri CERF 110-dan çox ölkə və ərazilərdə yardım xarakterli 9,2 milyard ABŞ dollarından çox vəsait ayırıb. Bu, 143 üzv dövlət və müşahidəçinin, həmçinin regional hökumətlərin, korporativ donorların, fondların və fərdi şəxslərin töhfələri hesabına mümkün olub.

2025-ci ilin ilk yarısında CERF 24 ölkədə, o cümlədən Əfqanıstanda gözlənilən quraqlıqlar ərəfəsində qabaqlayıcı dəstək göstərmək və İrandan qayıdanların sayının artmasına cavab vermək üçün 214 milyon ABŞ dolları ayırıb. 2025-ci ildə CERF həmçinin 8 ölkədə innovativ iqlimə davamlılıq təşəbbüslərini dəstəkləyib və Qvatemalada quraqlıqların humanitar təsirini azaltmaq üçün 4 milyon ABŞ dolları ayırıb.
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər