Azərbaycan dezinformasiya hücumlarına məruz qalır - Hikmət Hacıyev

Azərbaycan dezinformasiya hücumlarına məruz qalır - Hikmət Hacıyev
14.07.2026 09:38

Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir:

"Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədi daşıyır. Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır".

Hikmət Hacıyev deyib ki, ​bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər:

"Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir, çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar".

Prezident köməkçisi əlavə edib ki, dialoq, peşəkar jurnalistika və qarşılıqlı hörmət vasitəsilə etimad da bərpa oluna bilər.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı 11:12 Slovaklar Ağdamda milli qəhrəmanın adına məktəb tikirlər 11:09 İlham Əliyev Emmanuel Makronu təbrik etdi 11:05 Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi 11:00 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu 10:57 Tehran raket taktikasını dəyişdi: 1500 kilometr məsafədə ABŞ mərkəzini vurdu 10:39 İran 200 ballistik raketi Xameneinin meyiti ilə ölkə boyu gəzdirdi - Silahları daşıyan qatar alışdı, bombalar və əsgərlər məhv oldu 10:32 Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək 10:31 Paşinyan dağlara çəkildi: Qərb Rusiyanın Ermənistana hücumu barədə xəbər yaydı 10:20 İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü oldu 10:24 Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar? 10:20 Prezident Slovakiya liderini Şuşada qarşıladı 10:08 Azərbaycan Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib 10:02 Hikmət Hacıyev süni intellektin önəmindən danışdı 10:03 Azərbaycan dezinformasiya hücumlarına məruz qalır - Hikmət Hacıyev 09:55 Azərbaycan nefti yüksəlməyə davam edir: Bir günə... 09:58 TNS "Sabah" ilə üz-üzə gələcək 09:23 Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq 08:51 ABŞ İrana yeni zərbələr endirdi 08:46 Bütün Xəbərlər