ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi

ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi
03.07.2025 17:35

Azərbaycan Milli Məclisinin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28 iyun - 03 iyulda Portuqaliyanın Porto şəhərində keçirilmiş illik sessiyasında iştirak edib.

TodayPress TV xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev daxil olub.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov nümayəndə heyətini müşayiət edib. Sessiyada Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb və ATƏT PA prezidenti, vitse-prezidenti və digər vəzifələrə seçkilər keçirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleyanın plenar iclasında və komitələrin iclaslarında müzakirələrdə fəal iştirak edib, çıxışlarında Azərbaycanın regionda sülh və əməkdaşlığın bərqərar olması səyləri, ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən COP29-da Azərbaycan rəhbərliyinin səyləri sayəsində razılaşdırılmış tarixi qərarlar və hazırda COP29-un sədri kimi Azərbaycan tərəfinin həyata keçirdiyi səylər barədə ətraflı məlumat vermiş və ümumavropa təhlükəsizliyi məsələləri ətrafında fikirlərini bölüşüblər.

Milli Məclisin deputatları münaqişənin Azərbaycana vurduğu ziyan və mina problemi haqqında Assambleyanı məlumatlandırıb, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin zəruriliyini vurğulayıblar.

Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədovun təklifi ilə Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə, yenidənqurma və bərpa məsələlərində yardım göstərməyə çağıran qərar qəbul edib.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev yenidən ATƏT PA İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri seçilib.

Sessiyada Ermənistan nümayəndə heyəti Assambleyanın yekun sənədinin layihəsinə Azərbaycan əleyhinə düzəlişlər (hazırda məhkəmələri gedən erməni millətinə məxsus məlum şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması, Azərbaycanda erməni irsinin guya dağıdılması və s.) verib. Lakin Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində bu düzəlişlər Assambleya tərəfindən səsvermədə rədd edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri ATƏT PA-nın yeni seçilmiş prezidenti Pere Joan Pons, vitse-prezidentləri və digər ölkələrin nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib.

FOTOLAR

ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 1
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 2
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 3
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 4
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 5
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 6
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 7
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər