Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi

Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi
15.12.2025 10:30

Azərbaycanın Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının (RVK) İllik Konfransında iştirak edib.

Bu barədə TodayPress TV-yə VK-dən məlumat verilib.

Bildirilib ki, RVK-nın sədri Traian Briciu açılış nitqi ilə çıxış edərək iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.

VK-nın sədri Anar Bağırov İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.

İllik Konfrans çərçivəsində nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq "Ədliyyənin rəqəmsal gələcəyi" mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.

Daha sonra iki qurum arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Kollegiyanın sədri Anar Bağırov son illərdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib.

Bununla yanaşı, sədr vəkillərin davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.

Sonra VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və əsas istiqamətləri üzrə görülən işlərə dair təqdimatla çıxış edib.

Həmçinin görüş zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edərək gələcək birgə fəaliyyət üçün potensial imkanlar barədə razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, geniş tərkibdə görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

TodayPress TV

FOTOLAR

Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi — 1
Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi — 2
Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi — 3
Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi — 4
Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi — 5
XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər