Yeniyetmələrin böyük hissəsi süni intellektlə söhbət edir - SORĞU

Yeniyetmələrin böyük hissəsi süni intellektlə söhbət edir - SORĞU
21.07.2025 19:15

ABŞ-də 13-17 yaşlı yeniyetmələr arasında keçirilən sorğu nəticəsində məlum olub ki, onların təxminən dörddə üçü süni intellekt (AI) dəstəkli söhbət botlarından istifadə edir.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, tədqiqat uşaq yönümlü media və texnologiya sahəsində fəaliyyət göstərən “Common Sense Media” adlı qeyri-hökumət təşkilatı tərəfindən hazırlanıb.

Sorğuda 1060 yeniyetmə iştirak edib. Hər iki gəncdən biri bu sistemlərlə mütəmadi ünsiyyətdə olduğunu bildirib.

“Süni intellekt dostu” nədir?

“AI dostu” adlandırılan bu söhbət botları real tapşırıqları yerinə yetirməkdən çox, istifadəçi ilə emosional bağ qurmaq məqsədilə proqramlaşdırılır. Bu cür sistemlər "Character.AI", "Replika" və "Nomi" kimi platformalar vasitəsilə xidmət göstərir.

Gənclər ciddi mövzuları da bölüşür

Sorğu iştirakçılarının 30 faizi bu sistemlərdən “əyləncəli” olduğu üçün istifadə etdiyini, 28 faizi isə texnologiyaya maraq səbəbilə bu təcrübəyə yönəldiyini bildirib. Diqqət çəkən məqam isə budur: yeniyetmələrin üçdə biri mühüm və şəxsi məsələlərini süni intellekt botlarına danışmağa üstünlük verir.

Respondentlərin 24 faizi bu sistemlərlə real ad və yaşayış yeri kimi şəxsi məlumatlarını paylaşdığını, 34 faizi isə söhbət zamanı narahatedici vəziyyətlə qarşılaşdığını deyib. Lakin bu cür neqativ halların tezliyi azdır.

Gənclər ehtiyatlıdır, amma risk qalır

Sorğuya əsasən, yeniyetmələrin yarısı süni intellektin verdiyi tövsiyələrə etibar etmir. Lakin yaş fərqləri də rol oynayır: 13-14 yaş aralığındakı gənclər, 15-17 yaşlılara nisbətən AI tövsiyələrinə daha çox güvənir.

Buna baxmayaraq, gənclərin əksəriyyəti insan münasibətlərinin süni intellektlə söhbətdən daha faydalı və dəyərli olduğunu düşünür. Onların 80 faizi vaxtının böyük hissəsini real dostları ilə keçirdiyini deyib.

Araşdırmanın müəllifi olan “Common Sense Media” təşkilatı bildirir ki, təhlükəsizlik tədbirləri gücləndirilmədikcə, süni intellektlə söhbət sistemləri 18 yaşdan aşağı şəxslər üçün uyğun deyil.

Müəlliflər qanunvericilik və texnoloji nəzarət mexanizmlərinin təcili şəkildə tətbiq edilməsinin vacibliyini də vurğulayırlar.

Töhfə Səməd

XƏBƏR LENTİ
07 AVQUST 2026
İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Bütün Xəbərlər