Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurdu

Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurdu
11.01.2026 20:00
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər dənizi akvatoriyasında Rusiyanın "Lukoyl" korporasiyasına məxsus V. Filanovski, Yuri Korçagin və Valeri Qrayfer adına üç qazma qurğusunu vurublar.

TodayPress TV-nin  məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında xəbər yayıb.

"Bu obyektlər Rusiya işğalçı ordusunun təminatında istifadə olunur. Dəqiq zərbələr qeydə alınıb. Ziyanın miqyası dəqiqləşdirilir", – məlumatda bildirilir.

Bundan əlavə, Müdafiə Qüvvələri Luqansk vilayətinin işğal olunmuş Baraniçevo qəsəbəsi yaxınlığında "Buk-M3" zenit-raket kompleksi buraxılış qurğusunu atəşlə məhv ediblər. Bu orta mənzilli HHM kompleksi aerodinamik hədəflərlə mübarizə üçün nəzərdə tutulub. İlkin məlumatlara görə, zərbələr və partlayışlar qeydə alınıb.

Ukrayna Baş Qərargahının məlumatına əsasən, həmçinin Rusiya ordusunun maddi-texniki bölməsinə aid anbar Xerson vilayətinin işğal olunmuş Novotroitske qəsəbəsi yaxınlığında vurulub. Bu zərbə Rusiya Silahlı Qüvvələrinin logistika və döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıyır.

"Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistemli şəkildə zəiflədir. Ukraynaya qarşı silahlı təcavüzün aparılmasına cəlb olunan obyektlər hədəf alınır", – deyə qurum vurğulayıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər