Türkiyədə aviatrafik: 30 milyona yaxın sərnişin daşındı

Türkiyədə aviatrafik: 30 milyona yaxın sərnişin daşındı
06.09.2025 14:50

Türkiyənin Dövlət Hava Limanları İdarəsinin (DHMİ) avqust ayı uçuş, sərnişin və yükdaşıma statistikaları açıqlanıb.

TodayPress TV xəbər verir ki, nazirlikdən verilən məlumata görə, avqustda daxili uçuşlarda 101 min 329, beynəlxalq uçuşlarda isə 104 min 661 təyyarə eniş-qalxış edib. Ümumi uçuş sayı keçən ilin eyni ayına nisbətən 12,9% artaraq 261 min 755-ə çatıb.

Avqust ayında daxili uçuş sərnişinləri 10 milyon 461 min 8 nəfər, beynəlxalq uçuş sərnişinləri isə 17 milyon 202 min 843 nəfər olub. Beləliklə, direkt transit sərnişinlər daxil olmaqla toplam sərnişin sayı 27 milyon 678 min 20 nəfər təşkil edib, bu göstərici ötən ilin eyni ayına nisbətən 9,7% artım deməkdir.

Eyni dövrdə daxili uçuşlarda 104 min 656 ton, beynəlxalq uçuşlarda isə 407 min 331 ton olmaqla ümumilikdə 511 min 987 ton yük daşınıb.

İstanbul Havalimanı rekord göstəricilər göstərib

İstanbul Havalimanında avqustda daxili uçuşlarda 12 min 362, beynəlxalq uçuşlarda 38 min 833 olmaqla toplam 51 min 195 uçuş həyata keçirilib. Sərnişin sayı daxili uçuşlarda 1 milyon 869 min 480, beynəlxalq uçuşlarda isə 6 milyon 426 min 676 olmaqla toplam 8 milyon 296 min 156 nəfər təşkil edib.

Yanvar-avqust dövründə İstanbul Havalimanında daxili uçuşlar 82 min 933, beynəlxalq uçuşlar 279 min 136 olub. Bu dövrdə daxili sərnişin sayı 11 milyon 823 min 296, beynəlxalq sərnişin sayı 43 milyon 427 min 489 nəfər olub, toplam sərnişin sayı isə 55 milyon 250 min 785 nəfər təşkil edib.

Sabiha Gökçen Havalimanı və digər regional göstəricilər

Sabiha Gökçen Havalimanında avqustda 10 min 998 daxili, 14 min 604 beynəlxalq olmaqla toplam 25 min 602 uçuş həyata keçirilib. Sərnişin sayı daxili uçuşlarda 2 milyon 115 min 142, beynəlxalq uçuşlarda isə 2 milyon 584 min 847 nəfər olub. 8 ayda bu havalimanında toplam 178 min 296 uçuş və 31 milyon 203 min 932 sərnişin xidmət alıb.

İstanbul Atatürk Havalimanında avqustda 2 min 706, 8 ayda isə 19 min 446 uçuş həyata keçirilib. Avqust ayında İstanbul Havalimanları toplam 12 milyon 996 min 145 sərnişinə xidmət göstərib.

Turizm mərkəzlərində sərnişin sayı 42,2 milyon olub

Turizm bölgələrindəki hava limanlarında 8 ay ərzində daxili uçuşlarda 12 milyon 938 min 609, beynəlxalq uçuşlarda 29 milyon 237 min 589 sərnişin xidmət alıb. İzmir Adnan Menderes Havalimanında 8 milyon 301 min 159, Antalya Havalimanında 26 milyon 179 min 455, Muğla Dalaman Havalimanında 3 milyon 888 min 89, Muğla Milas-Bodrum Havalimanında 3 milyon 121 min 707, Gazipaşa Alanya Havalimanında isə 685 min 788 sərnişin daşınıb.

Töhfə Səməd 

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər