Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq

Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq
21.06.2026 21:19

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son strategiyasına dair yeni hesabat dərc olunub.

TodayPress TV-nin məlumatına görə, hesabatda bildirilir ki, Vaşinqton əvvəlcə İranın neft sektoruna qarşı dəniz blokadası tətbiq edib. Nəticədə İranın gündəlik neft hasilatının 3,3 milyon barreldən 2,1 milyon barrelə qədər azaldığı qeyd olunur. Eyni zamanda ölkənin gündəlik neft ixracının da 1,8 milyon barreldən 1,2 milyon barrelə qədər gerilədiyi vurğulanır.

Məlumata görə, bu dəyişiklik İranın gündəlik neft gəlirlərinin təxminən 150 milyon dollardan 90 milyon dollara enməsinə səbəb olub.

Hesabat müəlliflərinin fikrincə, Tramp administrasiyası atəşkəs dövrlərindən istifadə edərək İranın asimmetrik dəniz qüvvələrinə qarşı məhdud zərbələr endirməyə üstünlük verib. Bildirilir ki, Vaşinqton bir tərəfdən Tehranla mümkün anlaşmalar barədə açıqlamalar verməklə bazarlarda sabitlik yaratmağa çalışıb, digər tərəfdən isə əlavə vaxt qazanaraq İranın müdafiə imkanlarını zəiflətməyə cəhd göstərib.

Qeyd olunur ki, bu taktika həm ABŞ-də inflyasiya təzyiqlərinin azaldılmasına, həm də Hörmüz boğazında yaranan risklərin iqtisadi təsirlərinin minimuma endirilməsinə hesablanıb.

Bununla belə, hesabatda neft qiymətlərinin hələ də yüksək səviyyədə qalmasının İranın Hörmüz boğazına təsir imkanlarının tam aradan qalxmadığını göstərdiyi vurğulanır.

Təhlildə münaqişənin artıq klassik tükətmə müharibəsi mərhələsinə keçdiyi qeyd edilir. Ekspertlər əsas sualın İran iqtisadiyyatının neft ixracındakı azalmaya nə qədər davam gətirəcəyi və ya enerji qiymətlərinin artmasının ABŞ administrasiyası üçün əlavə siyasi və iqtisadi problemlər yaradıb-yaratmayacağı ətrafında cəmləşdiyini bildirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 12:06 Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi 12:03 Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları 11:33 Azərbaycan səfiri Naqasaki qubernatoru ilə görüşdü 10:59 Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI 10:39 Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu? 10:31 Odessada yaşayış binaları alova büründü - VİDEO 09:58 Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var 09:31 Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi 09:35 Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir" 09:24 "Nüvə silahı və insan bir araya sığmır" - Nobel mükafatçısından Yaponiyaya ÇAĞIRIŞ 08:55 Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq 21:26 Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ 01:31 Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI 01:52 Diametri 330 metr olan asteroid Yerin yaxınlığından keçəcək 01:59 Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi 01:36 Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Bütün Xəbərlər