Tramp Meksikanı yeni rüsumlarla hədələdi

Tramp Meksikanı yeni rüsumlarla hədələdi
09.12.2025 07:45

ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı müqaviləsini pozması səbəbindən ona qarşı 5% həcmində rüsum tətbiq edəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Hazırda Meksika cavab vermir və bu, zəruri suya ehtiyacı olan amerikalı fermerlərə qarşı ədalətsizlikdir. Buna görə də əgər bu su dərhal təmin olunmazsa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam", - deyə Tramp yazıb.

"The Washington Post" qəzeti daha əvvəl yazmışdı ki, Meksika özü də quraqlıqdan əziyyət çəkdiyi üçün "ABŞ-yə su tədarükünü həyata keçirməyə müqavimət göstərərək" müqavilənin şərtlərini onilliklər boyu pozub.

Xatırladaq ki, 1944-cü ildə bağlanmış müqaviləyə əsasən, Meksika hər beş ildən bir ABŞ-yə Rio-Qrande çayının hövzəsindən təxminən 2,2 milyard kubmetr su ötürməyi, ABŞ isə əvəzində Kolorado çayından 1,8 milyard kubmetr suyu Meksikaya yönəltməyi öhdəsinə götürmüşdü.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər