Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırdı

Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırdı
06.11.2025 21:40

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

Tramp vurğulayıb ki, ABŞ-nin İranla münasibətləri hələ normallaşdırılmayıb, amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.

Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.

14 noyabr 1979-cu ildə ABŞ-nin 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 saylı İcra Sərəncamı imzalayıb. ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi aktivlərini, o cümlədən Amerika banklarındakı hesablarını dondurmaq əmri verilib.

Bu faktiki olaraq İrana qarşı ilk cəza iqtisadi tədbirlərinin tətbiqi ilə əlamətdar olub. 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-ın İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan edib. Bundan sonra İrandan ABŞ-yə bütün idxal mallarına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər