Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək

Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək
04.07.2026 13:10

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 7-də Ankaraya səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Amerika liderini müşayiət edəcək təxminən 1000 nəfərlik nümayəndə heyəti isə hazırlıqları başa çatdırmaq məqsədilə bir neçə gün əvvəl Türkiyənin paytaxta gələcək. ABŞ Prezidentinin təhlükəsizliyi və logistikasına cavabdeh olan xüsusi agentlər və sahə qrupları Donald Trampın səfərindən əvvəl Ankarada yerləşərək istifadə olunacaq marşrutları, təhlükəsizlik perimetrlərini və kortejin hərəkət planını dəqiqliklə hazırlayacaqlar.

ABŞ Prezidenti Ankaradakı proqramına ilk olaraq Anıtkabiri (Mustafa Kamal Atatürkün məzarını) ziyarət etməklə başlayacaq, ardınca Prezident Sarayına yollanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarını Beştəpədə keçiriləcək rəsmi mərasimlə qarşılayacaq. Trampın xidməti avtomobili Prezident Sarayına gedən marşrut boyunca atlı dəstə tərəfindən müşayiət olunacaq.

Rəsmi qarşılama mərasimindən sonra liderlər əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar baş tutacaq.

Görüşdə Türkiyənin yerli döyüş təyyarəsi KAAN üçün F-110 mühərriklərinin tədarükü, Ankaranın F-35 proqramına yenidən qoşulması, eləcə də Yaxın Şərqdə baş verən son hadisələr kimi mühüm məsələlərin müzakirə olunacağı bildirilir. Görüşlərin yekununda Ərdoğan və Trampın bir sıra razılaşmalar imzalayaraq birgə mətbuat qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

XƏBƏR LENTİ
04 IYUL 2026
Sabah çimərliyə gedəcəksinizsə, bunu mütləq oxuyun 14:29 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - FOTOLAR 14:19 Yasamalda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ 14:01 Makronun xəyalı suya düşdü - Tehrandan Paris və Londona sərt xəbərdarlıq 13:51 Sabah hava necə olacaq? 13:23 Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək 13:08 Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə haqqında yeni detallar ortaya çıxdı 13:00 Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir? 12:47 Moskvaya kütləvi dron hücumu 12:31 Tehranın ən dağıdıcı silahı - Dünya iflic ola bilər 12:21 Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? 11:55 DÇ-2026: Messi yenidən zirvədə yerini aldı 11:46 Yasamalda 16 yaşlı yeniyetmənin öldüyü partlayışdan ƏN SON GÖRÜNTÜLƏR 11:37 Rusiya Bakıda həbsdə olan vətəndaşlarını bu azərbaycanlı ilə dəyişmək istəyir 11:28 Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib 11:13 Xameneinin yasında Trampa süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı 11:08 Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 10:46 Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar 10:35 Başına dəmir düşən kişi öldü 10:29 Prezident İlham Əliyev Donald Trampı təbrik etdi 10:32 "Rusiya ilə artıq düşmənik" - Böyük dalğa gəlir... 10:14 Kolumbiya qapısına "qıfıl vurub": Qana keçə bilmədi, növbədə İsveçrədir 09:59 Azərbaycan XİN ABŞ-ni təbrik etdi 09:52 Tramp İrana "yası yola vermək üçün" bir həftəlik icazə verdi 09:47 Qara qızılın qiyməti qalxdı 09:39 Bütün Xəbərlər