"The Hill": İran ABŞ-yə qarşı cavab zərbələri endirə bilər

"The Hill": İran ABŞ-yə qarşı cavab zərbələri endirə bilər
24.06.2025 09:33

İsrail və İran arasında atəşkəs razılaşmasına baxmayaraq, münaqişənin tam həll olunmaması halında Tehran ABŞ-yə qarşı kiberhücumlar, raket zərbələri, Hörmüz boğazının bağlanması və ya ABŞ ərazisindəki “yatmış hüceyrələrin” aktivləşdirilməsi ilə cavab verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazır.

Nəşrə görə, iki həftəlik qarşıdurmadan sonra da İran yüksək səviyyəli hücum yönümlü kiberimkanlara sahibdir.

Qeyd edilir ki, İran ilkin ballistik raket ehtiyatının təxminən yarısını hələ də saxlayır və bu raketlər ABŞ qüvvələrinin yerləşdiyi Yaxın Şərqdəki 19 obyektə qarşı istifadə oluna bilər.

Ən ciddi ssenarilərdən biri kimi isə Hörmüz boğazının bağlanması göstərilir. Bu boğaz dünya üzrə neftin 20%-dən çoxunun daşındığı ən mühüm nəqliyyat marşrutudur. Onun bağlanması qlobal enerji bazarında dərin böhrana səbəb ola bilər.

Qəzet yazır ki, Tramp administrasiyasında bəzi rəsmilər İranın ABŞ daxilində gizli hüceyrələr vasitəsilə daxili sabitliyi pozmaq üçün addım ata biləcəyindən ehtiyat edir.

Xatırladaq ki, 24 iyun gecəsi ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb və 24 saat ərzində 12 günlük müharibənin rəsmi olaraq başa çatdırılacağını bəyan edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 AVQUST 2026
Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Bütün Xəbərlər