Silah anbarlarının tikintisində İranın təcrübəsindən istifadə edəcəklər

Silah anbarlarının tikintisində İranın təcrübəsindən istifadə edəcəklər
28.06.2026 20:20

Serbiya silahların, pilotsuz uçuş aparatlarının (PUA) və digər müdafiə sistemlərinin yerləşdirilməsi üçün yeraltı sığınacaqların yaradılmasında İranın ABŞ və İsraillə hərbi qarşıdurma zamanı əldə etdiyi təcrübədən yararlanacaq.

TodayPress TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin nümunəvi atışlarından sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz İranın nümunəsini tətbiq edəcəyik. Onlar bunu olduqca təsirli şəkildə həyata keçiriblər. Bütün istehsal və infrastruktur yerin altına köçürülüb. Buraxılış qurğuları yer səthinə çıxaraq tapşırığı yerinə yetirdikdən və düşmənin kəşfiyyat vasitələri tərəfindən aşkar edildikdən sonra yenidən yeraltına qayıdır. Onlar ciddi istehsal müəssisələri qurublar və bunların hamısı yerin altındadır", – deyə dövlət başçısı bildirib.

Vuçiç qeyd edib ki, Serbiya on minlərlə PUA istehsal edəcək və bu vasitələrin təhlükəsiz şəkildə gizlədilməsi zəruridir.

Xatırladaq ki, Serbiya Prezidenti daha əvvəl ölkənin yaxın vaxtlarda hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalını artıracağını və orduda PUA-ların idarə olunması üzrə xüsusi bölmələrin yaradılacağını açıqlamışdı.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
ABŞ-İran danışıqları təxirə salındı 21:26 CHP-dən kütləvi istefa iddiasına cavab gəldi 18:57 İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da 21:18 Putindən yanacaqla bağlı etiraf: Hər zaman tapmaq mümkün olmur 20:55 Livanın cənubunda silahlı toqquşma: İsrail zabiti öldürüldü 18:34 Superkompüter Dünya Kubokunun favoritini açıqladı 20:40 Putin partiya üzvlərinə: Kabinetlərdə və messencerlərdə az oturun 19:33 Netanyahu Ərdoğanın sözlərinə reaksiya verdi 20:30 Şamaxıda sel həyatı iflic etdi: Sakinlər çayı traktorla keçir - VİDEO 20:25 Silah anbarlarının tikintisində İranın təcrübəsindən istifadə edəcəklər 18:27 Qarabağdan və Suriyadan sonra Ukraynada rus tankları darmadağın edildi - İmperiyanın dəmir gücü oyuncağa döndü 20:14 ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi 18:12 İsrail qondarma "erməni soyqırımı"nı tanıdı, erməni Paşinyan dəliyə döndü - Bakı nə reaksiya verəcək? 19:58 Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı 19:57 ABŞ Ukrayna təcrübəsinə üz tutur: Ucuz raketlərin kütləvi istehsalına başlayır 19:47 Zelenski Hikmət Cavadı ordenlə təltif etdi 17:13 Həştərxanda qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatdı 16:50 Bakıda nazirliyin binası qarşısında bıçaqlanma: Saxlanılan var 15:16 Rusiya Zaporojyeni aviasiya bombası ilə vurdu: ölənlər və yaralılar var 18:55 Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi 18:51 Ekstremal istilərin acı nəticəsi: Fransada ölüm halları kəskin artdı 16:43 Bakıda yaşlı qadın ərini baltaladı 14:59 Türkiyə və Azərbaycandan tarixi addım: Paxlava UNESCO yolunda 15:18 Fransada təyyarə qəzası: 11 nəfər öldü - FOTO 16:48 Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu 17:16 Bütün Xəbərlər