Səsvermənin gizliliyini pozduğuna görə həbs edilənlərin sayı artır - YENİLƏNİB

Səsvermənin gizliliyini pozduğuna görə həbs edilənlərin sayı artır - YENİLƏNİB
07.06.2026 18:17

Ermənistanda keçirilən səsvermə zamanı saat 17:00-a olan məlumata görə, Daxili İşlər Nazirliyinə 57 qanun pozuntusu ilə bağlı siqnal daxil olub.

TodayPress TV yerli mətbuata istinadən xəbər verir ki, müraciətlərdən 19-u təkrar səsvermə cəhdi, 15-i səsvermənin məxfiliyinin pozulması, 2-si seçki hüququnun həyata keçirilməsinə mane olunması ilə bağlı olub.

Bundan başqa, bir rüşvətvermə və bir silah gəzdirmə faktı da qeydə alınıb.

Qeyd olunub ki, araşdırmalar çərçivəsində 14 nəfər saxlanılıb. Hadisələrlə bağlı müvafiq yoxlamalar davam etdirilir.

xxx

Ermənistanda keçirilən parlament seçkilərində səsvermənin gizliliyini pozan müxalifət koalisiyasının rəsmi nümayəndəsi cinayət başında yaxalanaraq həbs edilib.

TodayPress TV “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər saat 08:15-də qeydə alınıb. Belə ki, H.X. adlı seçici bülletenləri alaraq səsvermə kabinəsinə daxil olub. Lakin o, kabinədən çıxdıqdan sonra səsvermə talonunu komissiya üzvünə təqdim etməyib və onu kabinədə unutduğunu, axtarsa da tapa bilmədiyini iddia edib. Seçki komissiyasının qərarı ilə məntəqə sədri talonu yoxlamaq üçün kabinəyə daxil olub. Məhz bu zaman müxalif “Güclü Ermənistan” blokunun müşahidəçisi S.T. kabinəyə yaxınlaşaraq istifadə olunmamış bülletenlər üçün nəzərdə tutulmuş qutunu və bülletenləri qanunsuz olaraq videolentə almağa başlayıb.

“S.T. cinayət törətməkdə bilavasitə yaranmış əsaslı şübhələr zəminində Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən saxlanılıb”, – deyə İstintaq Komitəsinin rəsmi açıqlamasında bildirilir.

Faktla bağlı Ermənistan Cinayət Məcləsinin 215-ci maddəsinin 2-ci hissəsi (səsvermənin gizliliyini pozma) ilə cinayət işi başlanılıb.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər