Rusiya-Ukrayna danışıqlarının ikinci raunduna hazırlıq: İstanbulda nələr gözlənilir?

Rusiya-Ukrayna danışıqlarının ikinci raunduna hazırlıq: İstanbulda nələr gözlənilir?
30.05.2025 10:54

Rusiya tərəfi Ukrayna ilə birbaşa danışıqların bərpası çərçivəsində hazırladığı və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasını əhatə edən memorandumu təqdim etməyə hazırdır. Sənədin 2 iyun tarixində İstanbulda baş tutacaq ikinci raund görüşündə təqdim olunması nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Hazırda Ukrayna tərəfi bu görüşdə iştirakla bağlı dəqiq mövqe bildirməyib.

Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığından sonra yaydığı açıqlamada bildirib ki, Rusiya danışıqların bərpası barədə razılığa uyğun şəkildə memorandumu sürətlə hazırlayıb və ümid edir ki, sülh prosesində həqiqətən maraqlı olan tərəflər bu təşəbbüsü dəstəkləyəcəklər.

Danışıqların formatı və mövcud vəziyyət

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ikinci raund üçün Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyəcək.

Ukrayna müdafiə naziri və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə qeyd edib ki, Kiyev Rusiya ilə görüşə qarşı deyil, lakin görüşdən əvvəl Moskvadan memorandumun təqdim olunmasını gözləyir. Kremlin sözçüsü Dmitri Peskov bu tələbə “qeyri-konstruktiv” yanaşma deyərək cavab verib və açıqlayıb ki, əsas məsələ danışıqların davam etdirilməsidir. O əlavə edib ki, hələlik Ukrayna tərəfi təklif olunan görüş tarixini təsdiqləməyib.

Türkiyənin vasitəçilik rolu

Türkiyə XİN rəhbəri Hakan Fidan 29 may tarixində Ukraynaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib ki, İstanbulda 2 iyun tarixində keçirilməsi planlaşdırılan danışıqlar mühüm əhəmiyyət kəsb edir və hazırda Rusiya Ukraynadan cavab gözləyir. Fidan həmçinin əlavə edib ki, Rusiya və Ukraynanın atəşkəs rejiminin tətbiqi ilə bağlı mövqeləri fərqlidir və bu fərqliliklərin razılaşdırılması vacibdir.

Fidan öz Moskva səfəri zamanı prezident Vladimir Putin, köməkçisi Vladimir Medinski, XİN rəhbəri Sergey Lavrov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə Türkiyənin sülhə dair real yanaşmaları ilə bağlı təkliflərini çatdırdığını deyib. Ankara hazırda Moskva, Kiyev, Vaşinqton və Avropa paytaxtları ilə fəal diplomatik təmaslarını davam etdirir.

Rusiya nümayəndə heyətinin rəhbərinə təhdidlər

Mayın 28-də məlum olub ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və onun ailəsinə qarşı ukraynalı millətçilər tərəfindən təhdidlər edilib. Onun şəxsi məlumatları “Mirotvorets” adlı saytda dərc olunub. Sayt Ukraynanın düşmən hesab etdiyi şəxslərin reyestrini aparır.

Bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin 29 mayda Medinskiyə qarşı təhdidlərlə əlaqədar cinayət işi açılması barədə göstəriş verib.

ABŞ və Avropa nümayəndələri də iştirak edəcək?

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, 2 iyun tarixində İstanbulda ABŞ, Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri də iştirak edəcək. Onlar bölgədə sabitlik və təhlükəsizlik məsələlərinə dair ikitərəfli müzakirələrdə yer alacaqlar.

Lakin Amerikanın “The Atlantic” jurnalı açıqlayıb ki, ABŞ iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərməyi planlaşdırmır. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Danışıqların nəticəsi və tərəflərin mövqeləri yaxın günlərdə daha da aydınlaşacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər