Rubio: "İranın Hörmüz boğazına nəzarətinə imkan verilməyəcək"

Rubio: "İranın Hörmüz boğazına nəzarətinə imkan verilməyəcək"
30.03.2026 17:10

"İran Hörmüz boğazında hansısa bir sistem qurmaqla hədələyir və orada bu beynəlxalq su yolundan kimin keçə biləcəyinə qərar verəcəklər. Biz buna icazə verməyəcəyik".

TodayPress TV  xəbər verir ki,  bunu  ABŞ dövlət katibi Marko Rubio "ABC" kanalına müsahibəsində deyib. 

O, neft daşımalarının əhəmiyyətli bir hissəsini bu marşrutdan istifadə edən ölkələrin, ilk növbədə, İranın təhdidlərindən narahat olmalı olduğunu vurğulayıb.

"Prezidentin bir neçə variantı var. Hərbi Nazirlik bu və yarana biləcək digər gözlənilməz halları həll etmək üçün prezidentə variantlar hazırlayır", – deyə ABŞ dövlət katibi əlavə edib.

Qeyd edək ki, dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Fars körfəzini Oman dənizi ilə birləşdirən Hörmüz boğazından keçir. Martın əvvəlində İran, ABŞ-İsrail əməliyyatına cavab olaraq, İnqilab Keşikçilərinin kanalın nəzarətini ələ keçirdiyini və ABŞ və ya İsraillə əlaqəli hər hansı bir tankerə hücum etməklə hədələdiyini açıqlayıb. Daha sonra  isə İran parlamenti, ticarət gəmilərinin Hörmüz boğazından keçməsi üçün rüsum ödəməsini tələb edən yeni qanunun hazırlandığını elan edib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər