Qəddafi-Sarkozi əlaqələri ilə bağlı yeni təfərrüat üzə çıxdı

Qəddafi-Sarkozi əlaqələri ilə bağlı yeni təfərrüat üzə çıxdı
13.05.2026 22:15

Fransa prokurorluğu apellyasiya prosesi çərçivəsində ölkənin sabiq prezidenti Nikolya Sarkoziyə 2007-ci il prezident seçkisi kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə yeddi il həbs cəzası verilməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, prokurorluq sabiq prezidenti "liviyalılarla korrupsiya sövdələşməsinin təşəbbüskarı" hesab edir.

"Sarkozi olmasaydı, bütün bu görüşlərin və pul köçürmələrinin heç bir mənası olmazdı", - deyə iş üzrə çıxış edən üç prokurordan biri Damyen Bryüne bildirib.

Liviya lideri Müəmmər Qəddafini Nikolya Sarkozinin seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı məlumat ilk dəfə 2011-ci ilin martında ortaya çıxıb. Qəddafinin oğlu Seyf əl-İslam "Euronews" telekanalına müsahibəsində Fransa prezidentindən verilən vəsaitin geri qaytarılmasını tələb etdiklərini bildirib. Yelisey Sarayı isə bu iddiaları təkzib edib.

2012-ci ilin mayında "Mediapart" nəşri Qəddafinin Sarkozinin seçki kampaniyasına 50 milyon avro ayırdığını yazıb və bununla bağlı sənəd yayımlayıb.

Nikolya Sarkozi 2025-ci ilin sentyabrında cinayətkar qrupda iştirak ittihamı üzrə təqsirli bilinərək beş il azadlıqdan məhrum edilib. Lakin məhkəmə 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi faktını təsdiqləməyib.

O, 2025-ci ilin oktyabrında cəza çəkməyə başlasa da, daha sonra Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilərək məhkəmə nəzarətinə buraxılıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər