Paşinyan yenidən baş nazirliyə namizəd oldu

Paşinyan yenidən baş nazirliyə namizəd oldu
30.03.2026 11:12

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının onu 7 iyunda keçiriləcək parlament seçkilərində hökumət başçısı vəzifəsinə namizəd göstərdiyini açıqlayıb.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan açıqlamasında partiyadaxili seçkilərin hər iki mərhələsinin yekunlaşdığını  və nəticələrin rəsmən təsdiqləndiyini bildirib.

Məlumata görə, o, səsvermənin təşkilinə görə say komissiyasının sədri, parlament sədrinin müavini Hakob Arşakyana təşəkkürünü bildirib.

Baş nazir partiya üzvlərinə etimada görə minnətdarlığını ifadə edərək deyib: “Mənə yenidən güvəndiklərinə və baş nazirliyə namizəd kimi partiyanın proporsional seçki siyahısına rəhbərlik etmək imkanı verdiklərinə görə partiya yoldaşlarıma təşəkkür edirəm”.

Qeyd edilib ki, ilkin səsvermənin nəticələrinə əsasən, Paşinyan 933 səs toplayıb. Xarici işlər naziri Ararat Mirzoyan 853, müdafiə naziri Suren Papikyan 842, iqtisadiyyat naziri Gevorq Papoyan 806, parlament sədrinin müavini Ruben Rubinyan isə 782 səs əldə edib. İlk onluqda daha sonra səhiyyə naziri Anahit Avanesyan (780), deputat Vahaqn Aleksanyan (777), hökumət aparatının rəhbəri Raki Harutyunyan (766), parlament fraksiyasının rəhbəri Hayk Koncoryan (747) və əmək və sosial məsələlər naziri Arsen Torosyan (745) qərarlaşıb.

Həmçinin vurğulanıb  ki, partiyanın proporsional seçki siyahısı səsvermənin nəticələrinə əsasən formalaşdırılacaq və siyahıda qadınların təmsilçiliyi daha yüksək olmalıdır (dörd yerdən ən azı biri qadın namizədə ayrılmalıdır).

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Bütün Xəbərlər