Pakistan sentyabrın 1-dən əfqanları ölkədən çıxaracaq

Pakistan sentyabrın 1-dən əfqanları ölkədən çıxaracaq
06.08.2025 11:29

Pakistan hökuməti sentyabrın 1-dən etibarən ölkədə qeydiyyatda olan və yaşayış icazəsi (PoR kartı) bitmiş əfqan vətəndaşlarının rəsmi deportasiyasına başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.

Pakistan Daxili İşlər Nazirliyi artıq "PoR kart"ı olan əfqanların könüllü şəkildə geri qayıtması prosesini başladıb. Nazirliyin açıqlamasına görə, 2025-ci il iyunun 30-da müddəti başa çatan kartlara malik şəxslər avqust ayından etibarən ölkələrinə qaytarılacaq.

Pakistanın dövlət radiosu bildirib ki, əvvəlki qərara əsasən, bu şəxslərə iyunun 30-dək ölkədə qalmağa icazə verilmişdi. Lakin artıq bu müddət başa çatıb və 1,4 milyondan çox əfqan vətəndaşı geri dönüb.

BMT-nin məlumatına əsasən, hazırda Pakistan ərazisində təxminən 800 min əfqan vətəndaşı var ki, onların əllərində Əfqanıstan vətəndaşlığına dair sənədlər mövcuddur. Onlarla yanaşı, 1,3 milyon nəfər rəsmi şəkildə Pakistan hökumətində qeydiyyatdan keçmiş şəxs statusundadır və ayrıca yaşayış icazəsi alıblar.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 Bütün Xəbərlər