Nəhəng sövdələşmə: "Pizza Hut" 2.7 milyard dollara satıldı

Nəhəng sövdələşmə: "Pizza Hut" 2.7 milyard dollara satıldı
18.06.2026 05:00

"Yum Brands" şirkəti "Pizza Hut" restoranlar şəbəkəsinin 2.7 milyard dollara satıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, aktivlərin satışı sürətli qidalanma bazarında rəqabətin güclənməsi və istehlakçıların xərclərə daha ehtiyatla yanaşması ilə əlaqələndirilir.

Məlumata görə, "Pizza Hut"ın Çindəki biznesi "Yum China" şirkəti tərəfindən 1.2 milyard dollara alınacaq. Şəbəkənin qalan hissəsi isə 1.5 milyard dollar qarşılığında "LongRange Capital" investisiya şirkətinə satılacaq.

Qeyd olunur ki, "Yum Brands" may ayında "LongRange Capital" ilə eksklüziv danışıqlara başladıqdan sonra "Pizza Hut"la bağlı müxtəlif variantları nəzərdən keçirdiyini açıqlamışdı. Şirkət şəbəkənin digər brendlərlə, o cümlədən "Taco Bell"lə müqayisədə inkişaf tempinin zəifləməsi səbəbindən satış ehtimalını da istisna etmirdi.

Məqalədə vurğulanır ki, fastfud bazarında tələbatın zəifləməsi davam edir. Eyni zamanda, ABŞ-də fəaliyyət göstərən pizza şəbəkələrində xammal və inqrediyent xərcləri də artmaqdadır.

Hazırda "Pizza Hut" ABŞ-də 6 500 restoranla ölkənin ikinci ən böyük pizza şəbəkəsidir. Ötən il şirkətin ABŞ bazarında satış həcmi 5.6 milyard dollar təşkil edib. Dünyada isə təxminən 20 min "Pizza Hut" restoranı fəaliyyət göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Bütün Xəbərlər