Minlərlə "İŞİD" terrorçusu Suriyadan qaçır

Minlərlə "İŞİD" terrorçusu Suriyadan qaçır
19.02.2026 15:00

Suriyanın şimal-şərqində İŞİD tərəfdarlarının saxlanıldığı Əl-Hol düşərgəsindən 20 mindən çox məhbus qaçıb.

TodayPress TV "Financial Times" nəşrinə istinadən xəbər verir ki, məlumat ərazi region hökumətinin nəzarətinə keçdikdən sonra açıqlanıb.

Hesabatda bildirilir ki, son bir ay ərzində yaxın ərazilərə nəzarət edən kürd qüvvələri Suriya hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırıldıqdan sonra 24 minə yaxın məhbusun demək olar ki, hamısı düşərgəni tərk edib.

Jurnalistlərin məlumatına əsasən, minlərlə məhbus hasarlardakı boşluqlardan qaçaraq ölkə daxilində müxtəlif bölgələrə yayılıb, bəziləri isə qeyri-qanuni yollarla İraq və Türkiyəyə keçə bilib. Nəşr yazır ki, düşərgədə yalnız təxminən 2 min məhbus – əsasən İraq və Suriya vətəndaşları – qalıb.

Qeyd edək ki, 2024-cü ildə Suriyada hakimiyyət dəyişikliyi baş verib. Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib. Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verdikdən sonra ölkəni tərk edib.

2026-cı ilin yanvarında isə Suriyanın keçid prezidenti Əhməd əl-Şara hökumət ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs və inteqrasiya sazişi imzalayıb.

Bu ilin fevralında  isə ölkə ordusu bir neçə Amerika hərbi bazasına nəzarəti ələ keçirib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ 09:12 Neftçi ABŞ-dən olan basketbolçu ilə heyətini yenilədi 13:39 Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi 13:19 Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik etdi 13:10 Azərbaycan XİN Lixtenşteyni təbrik etdi 13:05 “Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib 12:59 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşır 12:54 İsrail Ordusu Livanı vurdu: ölənlər var 12:46 Bütün Xəbərlər